Rusiyanın uzun müddət regionda izlədiyi təhdid-təzyiq və işğal siyasəti fiaskoya uğrayır.
Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
"Rusiya R. Vardanyanı ötən il Xankəndinə göndərməklə, Azərbaycanin "erməni icması" arasında təmasların qarşısını aldı. Xüsusilə, Azərbaycanla təmasları Vitali Balasanyan qururdu və onun birinci Qarabağ müharibəsində belə bir təcrübəsi var idi. Təbii ki, Vitali Balasanyan Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edib və separatçı qurumda "Təhlükəsizlik şurasının katibi" olub.
Məhz R. Vardanyan Xankəndində mövqelərini möhkəmləndirəndən sonra ilk işi Vitali Balasanyanı "vəzifəsindən" azad etmiş oldu. Tapşırıq Moskvadan verilmişdi. Təbii ki, onun vurulması Azərbaycanla təmasları kəsmək idi. Hazırda ona bir neçə maddə ilə iddiham edilir. Görünür, onun Azərbaycanla təmasları Kremlin xoşuna gəlməyib və R. Vardanyana təlimat verilməklə, onu həbs etmək istəyirlər.
Demək olar ki, Rusiya Azərbaycanla əlaqələrin inkişafında maraqlı olsa da separatizmə dəstək verməklə ikili oyun oynayır. Bu, qəbul edilməz fakt olaraq Moskvanın riyakar siyasət ortaya qoyduğunu göstərir. İlk növbədə Xankəndində separatçı A. Arutunyan və R. Vardanyan Moskvaya dəvət edilirsə, bu, Azərbaycanın suvernliyinə və təhlükəsizliyinə təhdiddir.
Rusiyanın uzun müddət regionda izlədiyi təhdid-təzyiq və işğal siyasəti fiaskoya uğrayır. Ermənistan da anti-Rusiya siyasəti yüksək səviyyədə davam edir. Bimüddətdən sonra Rusiya da Ermənistandan qovulacaq. Azərbaycana gəldikdə isə, üç ildən sonra Rusiyanın Qarabağda hərbiçilərinə yaxşı yol deyəcək.
Rusiyanın Cənubi Qafqaz siyasəti uzun illər silah və təhdid yolu ilə davam edib. Geosiyasi şərtlər dəyişib və Rusiya təhdid siyasəti səmərə vermir. Ona görə də Rusiyanın Qarabağda tətbiq etdiyi siyasət ilk əvvəldən məğlubiyyətlə üzləşib", - deyə o bildirib.
QAZİLER.AZ