Azərbaycanın xilasediciləri Kahramanmaraşda zərərçəkmişlərə çadır şəhərciyi qurub

Azərbaycanın xilasediciləri Kahramanmaraşda zərərçəkmişlərə çadır şəhərciyi qurub backend

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlər üçün müvəqqəti çadırlar qurub.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, xilasedicilərimiz Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində qurmağı yekunlaşdırıb.

Yüz otuzdan çox çadırdan ibarət olan şəhərciyə artıq zərərçəkmişlər köçürülür. Yerli aidiyyəti orqanlar çadırları sakinlərə təhvil verməyə başlayıb.

Qeyd edək ki, Azərbaycanın xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hazırda axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

Diaspora