Cənubi Qafqazda normallaşma prosesi davam edir - Çavuşoğlu

Cənubi Qafqazda normallaşma prosesi davam edir -  Çavuşoğlu backend

 

Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra mətbuat konfransında deyib.

"Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması bölgədə sülh və sabitliyə töhfə verəcək. Səmimi addım atılarsa, Cənubi Qafqazda sabit sülh əldə edilə bilər. Regionda sabitlik iqtisadi inkişafa da öz təsirini göstərəcək", - deyə M.Çavuşoğlu əlavə edib.

Türkiyə xarici işlər naziri A.Mirzoyanla görüşdə müzakirə edilən məsələlərə də toxunub:

"Bu gün normallaşma prosesində hansı addımların atıla biləcyini müzakirə etdik. Bunlardan biri də tarixi İpək yolu körpüsünün yenidən inşasıdır. Xüsusi nümayəndələr də qarşıdakı dövrlərdə atılıacaq addımlar mövzusunda fəaliyyətlərini davam etdirəcəklər", - nazir bildirib.

Diaspora