Qırğızıstan məhkəməsi eks-prezident Atambayevin iqamətgahı haqda qərar verdi...

Qırğızıstan məhkəməsi eks-prezident Atambayevin iqamətgahı haqda qərar verdi... backend

Eks-prezidentin mülkü müsadirə olunmayacaq

Qırğızıstan məhkəməsi eks-prezident Atambayevin iqamətgahını müsadirə etməmək barədə qərar qəbul edib. Atambayevin evi Koy-Taş kəndində yerləşir. 

QAZİLER.AZ ölkə mətbuatına istinadən bildirir ki, Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev bu yaxınlarda cəzaçəkmə müəssisəsindən azad edilib. O,  Koy-Taş kəndindəki iqamətgahının keçmiş dövlət başçısının mülkiyyətində qalacağını bildirib. 

Xatırladaq ki, Atambayev işində yeni hallar aşkarlandıqdan sonra koloniyadan azad edilib və ondan hərəkətə qoyulan bütün məhdudiyyətlər götürülüb.  Eks-prezidentin vəkilləri müvafiq vəsatət qaldırıblar, işə yenidən baxılması üçün göndərilib. Həbsdən azad olunan eks-prezident jurnalistlərlə görüşüb.  Ona əsas Koy-Taş kəndindəki iqamətgahın vəziyyəti ilə bağlı sual verilib.

Eks-prezident dərhal cavab verdi ki, əmlakına həbs qoyulması məhkəmənin qərarı ilə ləğv edilib. Atambayev həmçinin vurğulayıb ki, o, heç vaxt günahını etiraf etməyəcək və əfv üçün müraciət etməyəcək, çünki “həm tarix, həm də faktlar” ona haqq qazandıracaq.

Xatırladaq ki, Almazbek Atambayev 2020-ci ildə yerli kriminal rəhbəri Əziz Batukaevin həbsdən azad edilməsində korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

QAZİLER.AZ

Diaspora