Biz yaralarımızı tez sağaldacağıq...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş vermiş zəlzələdə xalqına dəstək olan dövlətlərə təşəkkürünü bildirmək üçün video çıxış edib. Dövlət başçısı yatdım edən dövlətlərin əməyini, diqqətini yüksək qiymətləndirdiyini vurğulayıb. Ərdoğan bildirib ki, dövlətimizin müvafiq qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarımız, könüllülərimiz də təbii fəlakətlərdən zərər çəkmiş insanlara kömək etmək üçün böyük səylər göstərirlər. Bir tərəfdən axtarış-xilasetmə və boşaltma işlərini həyata keçirir, digər tərəfdən çadırların, konteynerlərin, yığma konstruksiyaların quraşdırılmasını sürətləndiririk. Ümid edirik ki, tezliklə biz dağıdılmış şəhərlərimizin bərpası və dirçəldilməsi üzrə işlərə başlayacağıq. Biz bu fəlakətin yaralarını ən qısa zamanda sağaldacağıq.
Sizin hüzurunuzda gecə-gündüz komandalarımızı dəstəkləyən bütün dost və qardaş ölkələrə təşəkkür etmək istərdik. Yüz milyonlarla dost və qardaş bizə kömək əlini uzadıb. Bu fəlakət beynəlxalq həmrəyliyin vacibliyini göstərdi. Dünyamız təbii fəlakətlər və iqlim dəyişikliyi səbəbindən qlobal iqtisadiyyatda çətin bir dövr yaşayır. 2030-cu il gündəliyinə nail olmaq ehtimalı azalır. Qlobal kommunikasiya dünyamızın gələcəyi üçün kritik olacaq. Biz gələcəkdə öz vətəndaşlarımıza daha yaxşı bir dünya quracağıq . Mən bütün çıxışlarımda bunu vurğulayıram. Türkiyə və Fars körfəzi ölkələri regionumuzda təhlükəsizliyin və sabitliyin əsas oxunu təşkil edir. Biz regionumuzun təhlükəsizliyini Fars körfəzi ölkələrinin təhlükəsizliyindən ayrı hesab etmədiyimizi vurğulayırıq.
QAZİLER.AZ