"Rusiya Ukraynada növbəti genişmiqyaslı hücuma hazırlaşır".
Qaziler.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu açıqlamasında bildirib. O, qeyd edib ki, Rusiya itkilərinə baxmayaraq, ərazidə böyük qoşun birlikləri toplayıb:
"Ötən il də müharibə belə başladı. Rusiya müharibədən bir neçə ay əvvəl Ukrayna ilə sərhəddə qoşunları topladı, “təlimlər keçiririk” yalanını uydurdu, fevralın 24-də işğala başladılar. Eyni ssenarini təkrarlamaq istəyirlər, ancaq bu dəfə məqsəd paytaxt Kiyevə qədər irəliləmək deyil. Kreml sahibi Vladimir Putin bir neçə ay əvvəl saxta referendumla Rusiyaya biləşdirdiyi Ukrayna bölgələrinin adminstrativ sərhədlərinə qədər irəliləmək istəyir. Putin Qərbin hərbi texnikası tam şəkildə Ukrayna ordusuna təhvil verilənə qədər “işi” bitirmək istəyir".
QAZİLER.AZ