Nazir AFAD Mərkəzini ziyarət edib
Xəbər verdiyimiz kimi dünən Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə yola düşüb. Nazir Kahramanmaraşda AFAD Mərkəzində olub, orda zəlzələ ilə bağlı görülən işlərlə, xilasetmə, yaralıların və zərərçəkmişlərin təxliyyəsi və yerləşdirilməsi prosesinin gedişatı ilə tanış olub.
QAZİLER.AZ Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan XİN başçısı Ceyhun Bayramovla ətraflı müzakirələr aparıblar.