"Moskva Aİ-nin vasitəçilik missiyasının Ermənistanda olmasından əlavə fayda görmür".
Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, bu barədə açıqlamanı Rusiyanın İrəvandakı səfiri Sergey Kopirkin bildirib.
Diplomat Sputnik Ermənistana müsahibəsində qeyd edib ki, Aİ-nin Şimali Atlantika Alyansının əlavəsinə çevrilməsi tendensiyası var. Avropa İttifaqının xarici işlər nazirləri yanvarın 23-də keçirilən görüşdə sərhəd rayonlarının sabitləşdirilməsinə və İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına kömək etmək üçün Ermənistanda mülki missiyanın yaradılmasını təsdiqləyiblər. Missiyanın iki il davam edəcəyi, operativ qərargahın isə Bakıda yerləşəcəyi planlaşdırılır.
“Fikrimizcə, həqiqətən də, bunun bizim üçün əlavə faydası görünmür. Amma biz qərbli həmkarlarımızın, o cümlədən mahiyyət etibarı ilə NATO-nun əlavəsinə çevrilən Avropa İttifaqının indi hansı yolu tutduğunu yaxşı bilirik”, - Rusiya səfiri bildirib.
QAZİLER.AZ