Rəsmi Moskva Paşinyanın daha bir planını RƏDD ETDİ

Rəsmi Moskva Paşinyanın daha bir planını  RƏDD ETDİ backend

"Paşinyanın bir planı da Moskvadan rədd edildi".

Qaziler.az bildirir ki, bu barədə jurnalist Aydın Quliyev paylaşım edib. Yazıda söhbət sülhməramlılara BMT mandatının verilməsindən gedir:

"Paşinyan çox çalışırdı ki, Qarabağda sülhməramlılara ya BMT mandatı verilsin, ya da Qarabağa çoxmillətli sülh qüvvələri gətirilsin. Dünən Rusiya XİN-in beynəlxalq təşkilatlar departamentinin direktoru İliçev "net" cavab verdi: "Sülhməramlılar öz vəzifələrini icra edir, onlara BMT mandatı ehtiyac deyil, 10 noyabrda Azərbaycan və Ermənistan razılaşıblar. Çoxmillətli sülh qüvvələrinə gəldikdə isə buna bütün tərəflərin razılığı gərəkdir".

Yəni demək istəyir ki, Azərbaycan və Rusiya da çoxmillətli sülh qüvvələrinə razılıq verməlidir..."

QAZİLER.AZ

Diaspora