İran ilə Türkiyə arasındakı fərqi gördünüzmü? - Azər Həsrət

İran ilə Türkiyə arasındakı fərqi gördünüzmü? - Azər Həsrət backend

"İran dövləti ilə Türkiyə dövlətinin – fars dövləti ilə türk dövlətinin fərqini gördünüzmü?".

Qaziler.az xəbər verir ki, bu barədə Əməkdar jurnalist Azər Həsrət paylaşım edib. O, Güney Azərbaycanın başqa bölgələrindən Xoya göndərilən yardımların əngəlləndiyini qeyd edib:

"Xoyda – Güney Azərbaycanda zəlzələ olanda fars-molla rejiminin İran yönətimi öz xalqına qarşı ayrıseçkilik etdi, yardım göstərmədi, insanları ac-susuz, qışın soyuğunda ortalıqda qoydu. Hətta Azərbaycanla Türkiyənin yardım təkliflərini rədd elədi! Amma qardaş Türkiyə nə edir? Bütün vətəndaşlarına dövlət və millət olaraq sahib çıxır! Fərqimiz budur və ona görə də bir an öncə Güney Azərbaycan Cümhuriyyəti quraraq fars-molla rejimi ilə birdəfəlik üzülüşmək lazımdır! Yeri gəlmişkən, Tehran yönətimi Güney Azərbaycanın başqa bölgələrindən Xoya göndərilən yardımları belə əngəlləyir..."

QAZİLER.AZ

Diaspora