Jurnalist dostlarım gün ərzində mənə belə bir sualla müraciət ediblər: “Ermənistan, İran və ya Rusiya Türkiyədəki zəlzələdən istifadə edib Azərbaycana qarşı hansısa təxribat törədə bilərlərmi?”.
Bu sual ona görə aktuallaşıb ki, Ermənistanda bir neçə başıpozuq “Türkiyədəki ağır vəziyyətdən istifadə edərək Azərbaycanın mövqelərinə hücum edək” fikrini səsləndirib. Yaramazlar anlamırlar ki, Azərbaycan Ermənistanı təkbaşına da cəzalandıra bilər. Digər tərəfdən Azərbaycana Rusiya və ya İran istiqamətindən hər hansı təhlükə yaranarsa, Türkiyə ordusu mövcud çətinliklərə rəğmən, seyrçi qalmayacaq. Türkiyədə ağır fəsadları olan zəlzələ baş versə də ordu yerindədir. Bunu Rusya və İranda anlamamış deyillər, bir neçə başpozuq erməni isə “xəyallarından” çıxış edir. Türkiyədə zəlzələdən bir neçə saat sonra Azərbaycan ordusunun Kəlbəcər istiqamətində hərbi təlimləri keçirildi. Bu təxribat barədə düşünənlərə mesaj idi ki, bizi sınamağı ağıllarından keçirməsinlər.
Politoloq Elxan Şahinoğlu
QAZİLER.AZ