"Qarabağ qaziləri" ictimai birliyi bu gün Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı türk xalqına başsağlığı verib.
Qaziler.az bildirir ki, birliyin sədri Asəf Əliyev episentri Kahramanmaraşda olan və Türkiyənin 10 əyalətini əhatə edən güclü zəlzələ zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib, yaralılara tezliklə sağalmağı arzulayıb.
"Səhərin açılması ilə eşitdiyimiz bu dəhşətli xəbər hər birimizi sarsıtdı. Qardaş Türkiyənin acısı, dərdi bizim də acımızdır. Başımız sağ olsun! Həmişə olduğu kimi indi də qardaşlarımızın yanındayıq. Allah Türkiyəmizi qorusun!
Allahdan həyatını itirən qardaş-bacılarımıza rəhmət diləyir, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq", - Asəf Əliyev bildirib.
QAZİLER.AZ