Ermənistan Azərbaycanla sülh danışıqları prosesindən yayınaraq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanımayacaqsa, Azərbaycan da Zəngəzura iddiaları ortaya qoyacaq. Ona görə də Qərbi Azərbaycan icması yaranıb və proses ugurla həyata keçirilir.
Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
"İlk növbədə Ermənistan üzərinə götürən öhdəlikləri yerinə yetirməli və dəlizin açılmasını təmin etməlidir. Əgər, bunu etməyəcəksə, Azərbaycan gücdən istifadə edə bilər. Hazırda İran prosesə mane olmağa çaılışır. İrana qarşı beynəlxalq sanksiyaların tətbiqi və hərbi əməliyyatların keçirilməsi Tehran üçün Zəngəzur məsələsi qüvvədən düşəcək. İlk növbədə Tehran rejimini öz taleyi və təhlükəsizliyini təmin etmiş olacaq və ciddi surətdə zəifləyəcək. Qeyd edim ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlinin açılmasını hıyata keçirərsə, Tehran rejimi qarışa bilməz. Məhz Yerevan buna qarşı olduğu üçün Tehranla birgə hərəkət edir. Bu da Ermənistanın sonda məğlubiyyəti ilə nəticələnməsi qaçılmaz edir.
İran nədən narahatdır? İlk növbədə Zəngəzur dəhlizinin açılmamasını Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi mövqeyini güclənməsini və Azərbaycanın regionda aparıcı ölkə olaraq bütün nəqliyyat qovşaqlarının bu dəhlizdən keçməsindən narahatdır. Regionda dəyişən geosiyasi proseslər İranın əleyhinə işləyir və Tehran rejiminın sıradan çıxarılması istiqamətində porseslər aktiv gündəliyə çıxarılıb. İran bütün cəbhələrdə Qərbə qarşıdır və öz izolyasiyasını davam etdirir. Belə bir rejimin uzun müddət hakimiyyətdə qalması polimikadır.
Zəngəzur dəhlizinin açılması reallaşacaq və Ermənistan tərəfi bununla razılaşmaması mümkün deyil. Ermənistanın iki yolu var. Birinci diplomatik danışıqlarla əldə olunan razılaşmalara uyğun olaraq dəhliz açılır. Bu regionda sülhün əldə edilməsi ilə nəticələnir. İkinci, Azərbaycan güc tətbiq edərək öz tarixi ərazilərini nəzarətə götürür. Regional siyasi - hərbi müstəvidə dəyişikliklər Azərbaycanın mövqeyini gücləndirir".
QAZİLER,AZ