“Bu gün səhərə yaxın baş verən zəlzələdən sonra qəlbimiz və dualarımız türk xalqının yanındadır”.
Qaziler.az-ın məlumatına görə, bu barədə İsrailin Ankaradakı səfirliyinin Türkiyədə baş verən zəlzələ ilə bağlı başsağlığında deyilir.
“Həlak olanların sevənlərinə və türk xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə İsrail səfirliyinin “Twitter” hesabında etdiyi paylaşımında qeyd olunub.
