Laçın yolunda aktivistlərin etirazını dəstəkləyirik-Şamil Ayrım

Laçın yolunda aktivistlərin etirazını dəstəkləyirik-Şamil Ayrım backend

Biz onları dəstəkləyirik

Laçın yolunda aktivistlər etiraz aksiyası keçirir. Biz onları dəstəkləyirik. Onlar illərdir ki, Azərbaycanın mədənlərini, təbii sərvətlərini talan edənlərə qarşı haqlı mübarizə aparırlar.

QAZİLER.AZ Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım bu gün jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu torpaqlar Azərbaycanın torpaqlarıdır və o dəhlizdən keçmək istəyənlər Azərbaycandan icazə alıb keçməlidir, bütün dünya bunu bilməlidir.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postununun yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Diaspora