"Tehran Azərbaycanı İsraillə sıx münasibətlərdə ittiham edir. Ancaq Fransanın kiçik bacısı olan Ermənistanın ünvanına təhdid səsləndirmir".
Qaziler.az bildirir ki, bu fikirlər Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluya məxsusdur. O, Netanyahunun Fransaya səfərini bu cür dəyərləndirib:
"İsrailin baş naziri Binyamin Netanyahu hökuməti formalaşdırdıqdan sonra ilk xarici səfərini Fransaya edib. Fransa prezidenti Emmanuel Makron Benyamin Netanyahu ilə İrana qarşı birgə hərəkət etmək barədə qərara gəliblər. Makron və Netanyahu görüş zamanı İranın nüvə çalışmalarını davam etdirməsindən narahatlıqlarını bildiriblər. Hər ikisi o fikirdədir ki, İranın nüvə proqramını davam etdirməsi bölgədə gərgin vəziyyət yaradacaq. Makron və Netanyahu İranın regionda sabitliyi pozan fəaliyyətləri ilə bağlı ciddi narahatlıqlarını da səsləndiriblər.
Beləliklə, Makron Netanyahunun İrana qarşı sərt siyasətinə dəstək verdiyini nümayiş etdirib. Bu o deməkdir ki, Makron İsrailin İranın hərbi mərkəzlərinə endirdiyi zərbələri də dəstəkləyib. İran üçün Fransanın İsraildən fərqi qalmayıb.
Tehranın ikiüzlü siyasəti burada da özünü biruzə verir. Tehran Azərbaycanı İsraillə sıx münasibətlərdə ittiham edir. Ancaq Fransanın kiçik bacısı olan Ermənistanın ünvanına təhdid səsləndirmir. Halbuki, Fransanı Cənubi Qafqazda fəallığa təşviq edən, o cümlədən əsasını fransalı müşahidəçilər təşkil edəcək Avropa İttifaqının monitorinq qrupunu Zəngəzura, yəni İranın yaxınlığına sürükləyən İrəvandır".
QAZİLER.AZ