Türkiyədə terror hücumları ola bilər - Qərbin anonsu, yoxsa planı?

Türkiyədə terror hücumları ola bilər - Qərbin anonsu, yoxsa planı? backend

Qərb ölkələri terror təhlükəsi adı ilə İstanbulda konsulluq fəaliyyətlərini dayandırır: səbəb kimi İsveçdə Türkiyə səfirliyinin önündə Quranın yandırılması və buna Avropa ölkələrinin İstanbuldakı diplomatik nümayəndəliklərinə qarşı hücumlarla cavab verilməsi ehtimalı göstərilsə də, hədəfin 14 mayda keçiriləcək prezident və parlament seçkilərində Ərdoğanın səs itirməsi olduğu istisna deyil;

Terror təhlükəsi haqda yaradılan rəy Türkiyənin iqtisadi və siyasi mənzərəsinə təsir edə bilər:

- Turist axını azalır, eləcə də xarici investisiya ölkədən çıxır;

- Seçicilərin seçiminə təkcə iqtisadi yox, həm də sabitliyin pozulması üzərindən təsir edirlər və s;

Seçkilər yaxınlaşdıqca hadisələrin yönləndirilməsinə hesablanmış bu kimi addımların daha intensiv xarakter alacağı, hətta terror hücumlarına cəhdlərin ola biləcəyi də mümkündür.

Siyasi şərhçi Asif Nərimanlı

QAZİLER.AZ

Diaspora