"Lavrovun torpaqlarımızla bağlı dedikləri bütün erməni saytlarında yayılıb" - Elxan Şahinoğlu

"Lavrovun torpaqlarımızla bağlı dedikləri bütün erməni saytlarında yayılıb" - Elxan Şahinoğlu backend

"Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində “Ermənistan Azərbaycanın 7 rayonunu işğal etmişdi. Azərbaycan torpaqlarını geri qaytardı” cümlələrini işlədib. Doğrusu bunu Lavrovun dilindən ilk dəfədir eşidirəm".

Qaziler.az xəbər verir ki, bu barədə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu açıqlama verib. O bildirib ki, Azərbaycan torpaqlarının 27 illik işğalı dövründə Lavrov və digər rusiyalı rəsmilər həqiqəti söyləməyiblər, işğal barədə cümlə də işlətməyiblər:

"Lavrov müsahibəsində Ermənistanın ünvanına başqa tənqidi fikirlər də söyləyib.Bu fikirlər Lavrovun Azərbaycana dəstəyindən və ya simpatiyasından irəli gəlmir. Sadəcə, Kremlin hazırda Ermənistan hakimiyyətindən ciddi narazılığı var, baş nazir Nikol Paşinyanı cəzalandırmağın yollarını arayırlar. Paşinyanı cəzalandırmağın ən münasib yolu Azərbaycana hədəflərinə çatmaqda mane olmamaqdır. Bütün hallarda Lavrovun torpaqlarımızın işğaldan azad edilməsiylə bağlı fikirləri erməni saytlarında da yayılıb. Lavrovun açıqlamasını oxuyan ermənilər nəhayət anlamalıdırlar ki, Ukraynada müharibə aparan Rusiya Azərbaycana yaxın iki ildə Qarabağın tamamında suverenliyinin bərpasında mane ola bilməyəcək və ya mane olmaq istəməyəcək".

QAZİLER.AZ

Diaspora