"Kələntəryana çox da bənd olmayın və durub-durduğunuz yerdə toy-bayram eləməyin"
Qaziler.az bildirir ki, bunu jurnalist Azər Həsrət Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Rossiya 24” telekanalına müsahibəsində Qarabağla bağlı dediyi fikirlərə münasibət bildirərək deyib.
"Bu nə toy-bayramdır, camaat? Urusyetin xarici işlər naziri Lavrov-Kələntəryan müsahibə verib, deyib ki, Ermənistan Azərbaycanın 7 rayonunu işğal etmişdi. Siz də sevinirsiniz ki, Rusiya Ermənistanın işğalçı olduğunu dilə gətirib.
İndi sayaq görək bu 7 rayon hansılardır?
O 7 rayon bunlardır: Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam.
Məgər Ermənistan yalnız bu rayonları işğal etmişdi? Bəs Qarabağın özü? Şuşa? Hazırda urus sülhməramsızlarının nəzarətində olan Xankəndi və digər yaşayış məntəqələrimiz? Onlar işğal edilməmişdi?
Bu Kələntəryana çox da bənd olmayın və durub-durduğunuz yerdə toy-bayram eləməyin. Adam erməni ağzı ilə danışır, siz də bunu tirajlayırsınız...
Yeri gəlmişkən, müsahibəyə baxdıqdan sonra yazıram bu fikirləri...", - deyə jurnalist qeyd edib.
QAZİLER.AZ