Bu addım, qəbuledilməzdir.
Serbiya Azərbaycanın Tehrandakı səfirliyinə törədilən terror aktını qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir.
QAZİLƏR.AZ bildirir ki, Axar.az. Serbiya Xarici İşlər Nazirliyinə istimadən məlumat yayıb.
Serbiya XİN Tehrandakı səfirlikdə törədilən terror aktı ilə əlaqədar Azərbaycana səmimi başsağlığı verib.
"Azərbaycanın Tehrandakı səfirliyinə qarşı dəhşətli hücumun törədilməsi, nəticədə səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin xidməti vəzifəsini yerinə yetirərkən həlak olması, daha iki təhlükəsizlik əməkdaşının yaralanması barədə xəbər bizi dərindən kədərləndirdi", - Serbiyanın XİN-in sözçüsü əlavə edib.