Gürcüstan prezidentinin bu bəyanatı Kremldə əsəb yaratdı
Gürcüstan prezidenti Salome Zurabişvilinin fikrincə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin gələcək diplomatik həllinə gürcü qoşunlarının işğal olunmuş Gürcüstan ərazilərindən çıxarılması məsələsi də daxil edilməlidir.
Qaziler.az "Avropa həqiqəti"nə istinadən bildirir ki, prezident bu gün Bloomberg-ə müsahibəsində belə deyib. Sitat:
"Rusiya sərhədlərinin harada olduğunu xatırlamalıdır. Gürcüstan məsələsi müzakirə olunmalıdır, çünki heç kim düşünməməlidir ki, Rusiya bütün işğal olunmuş ərazilərdən geri çəkilmədən bu müharibəni həll etmək olar".
Zurabişvilinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Ukraynada həlledici məğlubiyyəti sürətlə yaxınlaşır və “Rusiya müharibəni tam olmasa da, demək olar ki, uduzub”.
Prezidentin bu bəyanatı rəsmi Kremlin əsəblərini yerindən oynadıb. Və məlum olduğu kimi, Rusiya 2008-ci ildə Gürcüstan ərazilərini işğal edib.