Azərbaycan səfirliyində həyata keçirilən xain terror aktından xeyli vaxt keçməsinə baxmayaraq, molla rejimi hələ də qanlı aksiyanın araşdırılması istiqmətində heç bir tədbir həyata keçirməyib. Hadisədən sonra “saxlanılan” terrorçuya, faktiki olaraq, mətbuat konfransı keçirmək üçün imkan yaradan rejim, indi də cinayətkarın “psixi problemləri” olduğunu əsas gətirərək onu xəstəxanaya yerləşdirib və çox güman ki, məsuliyyətdən yayındırmağa çalışır.
Tehran rejiminin, xüsusilə də Azərbaycan Ordusunun qələbəsindən sonra açıq müstəviyə keçirdiyi düşmənçilik siyasətinin təməlində dayanan ənənəvi amillər, şübhəsiz ki, bəllidir. Molla rejimi Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk günlərdən dövlət müstəqilliyimizə qənim kəsilib və sərhədlərinin yaxınlığında sekulyar inkişaf yolu seçən, inkişaf edən və “İran” adlı xalqlar həbsxanasında çürüyən insanlar üçün nümunəyə çevrilən, dünyayla iç-içə olan, milli mədəniyyətini, dilini inkişaf etdirən uğurlu bir ölkənin mövcudluğunu arzulamır. Bu haqda daha öncə də yazmışam...
Amma Londonda səfirliyimizə edilən hücumun və Tehranda həyata keçirilən terror aksiyasının birbaşa motivi Azərbaycanın İsraildə dilomatik nümayəndəlik açması ilə bağlıdır. Londonda səfirliyimizə hücum İsraildə Azərbaycanın diplomatik nümayəndəliyinin təsis edilməsi ilə bağlı siyasi qərarın qəbul edilməsinə maneə yaratmaqdan ibarət idisə, Tehranda gerçəkləşdirilən terror aksiyası İsraildə açılan səfirliyimizin fəaliyyətinin əngəllənməsinə xidmət etdiyi, zərrə qədər də şübhə doğurmur.
Xatırladım ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyənə hücum edən Khoddam Al Mehdi” (Mehdinin nökərləri və ya xidmətçiləri) qruplaşmasının üzvləri İranda (guya) “Vilayəti-Fəqih”in əleyhdarlarından biri kimi tanınan böyük ayətullah Sadiq Şirazinin və onun oğlu ayətullah Seyid Hüseyn əl Hüseyni əl Şirazinin ardıcıllarıdır. Bəzi iranbaşlıların təbirincə desək, “onları təqlid edirlər”.
Ayətullah Hüseyn Şirazi İranda, Qum şəhərində yaşayır, rejimin dəstəkçilərindən biridir. Bu isə o deməkdir ki, Londonda baş tutan hücumun sifarişçisi molla rejimi, icra edənlər isə rejimin Avropadakı qulbeçələri, SEPAH-ın terrorçu tör-töküntüləridir.
...Azərbaycan səfirliklərinə qarşı həyata keçirilən hücum və terror aksiyaları molla rejimin ən yüksək səviyyədə verilmiş göstərişinə uyğun olaraq həyata keçirilib və bunu İran xüsusi xidmət orqanlarının dünyanın müxtəlif ölkələrində diplomatlara qarşı təşkil etdiyi terror aksiyalarının təhlili də sübuta yetirir.
Politoloq Elçin Mirzəbəyli
QAZİLER.AZ