Partiya sədri Mustafa Desticinin atası rəhmətə getdi
Xəbər verdiyimiz kimi Türkiyə Böyük Birlik Partiyasının sədri Mustafa Desticinin atası Axund Ali İhsan Desteci bu gün 89 yaşında ürəktutmasından vəfat edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz adından mərhumun ailəsinə, şəxsən oğluna başsağlığı verib. Başsağlığında deyilir: " Hörmətli Mustafa Desticiye qiymətli atası, axund Ali İhsan Desticinin vəfatıyla bağlı dərin hüznlə başsağlığı verirəm, Allah mərhuma rəhmət etsin, məkanı cənnət olsun.Amin".
Prezidentin köməkçisi Fuad Oktay, Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şentop da mərhumum ailəsinə başsağlığı veriblər.
QAZİLER.AZ