Deputatdan gözlənilməz əməl
Nəhayət, şübhələr özünü doğrultdu və Ukraynanın Donetsk vilayətində Siversk şəhər şurasının deputatı həbs olundu. Ukrayna Təhlükəsizlik Xidməti bu barədə rəsmi məlumat yayıb. Məlum olur ki, deputat "Müxalifət Platforması – Həyat Üçün" (OPZJ) Partiyasındandır və adı açıqlanmır. Onun Rusiya Baş Kəşfiyyat İdarəsinə casusluğu aşkar edilib. O, strateji məlumatları Rusiya kəşfiyyatına ötürürmüş. 2022-ci ilin oktyabrından isə Baxmut ərazisinə Müdafiə Qüvvələrinin bölmələrinin yerləşdirilməsi ilə bağlı məlumat toplayıb və yerli mühüm infrastruktur obyektlərinin, o cümlədən enerji istehsal edən müəssisələrin koordinatlarını təhvil verib. İstintaq deputatın daha kimlərlə əlaqədə olduğunu araşdırır.
QAZİLER.AZ