Görün Putindən nəyi tələb edir
Ermənistanın xəyanəti Putini hövsələdən çıxartmaqda ikən bu gün baş naziri Nikol Paşinyan “Azərbaycanın Laçın dəhlizini qanunsuz blokadaya alması səbəbindən Dağlıq Qarabağda yaranmış humanitar böhranla bağlı Rusiya prezidenti Vladimir Putinə zəng edib və bu böhranın aradan qaldırılması üçün Rusiya Federasiyasının mühüm addımlar atmasının vacibliyini bildirib”. Bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Paşinyan Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı fəaliyyəti məsələsini qaldırıb. Tərəflər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əksini tapmış razılaşmaların reallaşmasını müzakirə ediblər.
Paşinyan anlamır ki, 30 illik işğal ərzində Azərbaycan vətəndaşlarının Qarabağa yolunu kəsənin başına belə hadisələr də gəlməsi təbiidir. Sadəcə, Paşinyan anlamalıdır ki, Qarabağ Azərbaycan ərazisidir, Rusiyanın torpağı deyil.
QAZİLER.AZ