"Putin və Ərdoğanın xüsusi münasibətləri var. Bu münasibətlərin əsası qarşılıqlı hörmətdir"
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, rəsmi Moskvanın verdiyi açıqlamada belə deyilir.
Kremlin sözçüsü Dmitri Peskov gündəmlə bağlı sualları cavablandırıb.
O, Türkiyə Prezidenti Ərdoğanın rusiyalı həmkarı arasındakı münasibəti ilə bağlı sualı belə dəyərləndirib:
"Putinlə Ərdoğanın xüsusi münasibətləri var. Bu münasibətlər həqiqətən qarşılıqlı etimada, qarşılıqlı hörmətə və götürdükləri öhdəliklərə sadiqliyə əsaslanır. Vədləri və öhdəlikləri yerinə yetirmək bacarığı qarşılıqlı qiymətləndirilir".
QAZİLER.AZ