İlham Əliyev Budapeştdə naməlum əsgərin məzarını ziyarət edib

İlham Əliyev Budapeştdə naməlum əsgərin məzarını ziyarət edib backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştin Qəhrəmanlar meydanında naməlum əsgərin məzarını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoyub.