Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırıldı

Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırıldı backend

Təbrizdəki konsulluğumuz fəaliyyətini davam etdirəcək

Tehrandakı səfirliyimizə olan silahlı basqın nümayəndəliyimizin təhlükədə olduğunu bildirdi. Banker.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Yaranmış şəraitdə Azərbaycan Prezidenti çətin də olsa, bu qərarı qəbul etdi ki, ölkəmizin Tehrandakı səfirliyi təxliyə olunmalıdır” – X.Xələfov bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan diplomatlarına qarşı təhlükənin olduğu daha öncə də İran rəsmilərinə çatdırılıb. Lakin İran hakimiyyəti bu xəbərdarlığa məsuliyyətsiz yanaşıb.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu fəaliyyətini davam etdirəcək. 

Diaspora