XİN rəsmisi səfirliyimizə basqın haqda açıqlama verdi

XİN rəsmisi səfirliyimizə basqın haqda açıqlama verdi backend

Bakı müvafiq mexanizmlərdən istifadə edəcək

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, rəsmi Bakı İrandakı səfirliyimizə hücumu araşdırmaq üçün müvafiq beynəlxalq mexanizmlərdən istifadə etmək niyyətindədir. Bu barədə TASS məlumat yayıb.

X.Xələfov qeyd edib ki, belə halların araşdırılması üçün bir qayda olaraq ölkələr arasında müəyyən tədbirlər həyata keçirilir.

 Silahlı hücumdan sonra XİN-in səfirliyin əməkdaşlarının Tehrandan təxliyəsi barədə qərar qəbul etdiyi bildirilirdi.

Xatırladaq ki, yanvarın 27-də Kalaşnikov avtomatı ilə silahlanmış iranlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinə hücum edib. Təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, diplomatik nümayəndəliyin daha iki mühafizəçisi yaralanıb. Cinayətkar həbs edilib.

Dindirilmə zamanı o, hücumu ailə problemlərinə görə törətdiyini etiraf edib. O, həyat yoldaşının səfirliyin binasında olduğunu düşünüb.

Diaspora