İrəvanın ARZUOLUNMAZ ŞƏXS siyahısı...

İrəvanın ARZUOLUNMAZ ŞƏXS siyahısı... backend

Daha 2 nəfər bu siyahıya düşdü

"Daşnaksütyun” Partiyasının daha bir üzvü – təşkilatın Fransa Gənclər Birliyinin mərkəzi şöbəsinin rəhbəri Njde Qaraqavoyan Ermənistanda “arzuolunmaz şəxs” elan olunub.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Partiya Ermənistan hakimiyyətinin bu qərarını tamamilə əsassız adlandırıb.

"Bu üsullar bütün mümkün vasitələrlə partiyanın qlobal gənclər strukturunun işini dayandırmağa və əngəl törətməyə çalışan Ermənistanın hazırkı hakimiyyətinin anti-erməni mövqeyini bir daha təsdiqləyir", - partiyanın yaydığı açıqlamada vurğulanır.

Qaraqavoyan fevralın 6-10-da Qərbi Zəngəzur bölgəsində keçiriləcək tədbirdə iştirak etmək niyyətində idi.

Qeyd edək ki, Ermənistan hakimiyyəti həmçinin “Daşnaksütyun”un digər fəalları - Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyanı, partiyanın Niderlanddakı gənclər birliyinin üzvü Syune Abramyanı da “arzuolunmaz şəxslər” elan edib.

 

 

Diaspora