Putinin Volqoqrada səfəri gözlənilir.

Putinin Volqoqrada səfəri gözlənilir. backend

Ölkə mediası məlumat yayıb

Rusiyanın Prezidenti Vladimir Putin Volqoqrad vilayətinə səfər edəcək.

APA xəbər verir ki, bu barədə “Moskva, Kreml, Putin” verilişinin jurnalisti Pavel Zarubinə istinadən bu haqda məlumat yayıb  

Prezidentin səfəri Stalinqrad döyüşündə qələbənin 80-ci ildönümünün qeyd edilməsinə təsadüf edəcək. Zarubinin sözlərinə görə, dövlət başçısı yanvarın 30-dan fevralın 5-dək rayonda olacaq. Eyni zamanda, həftənin əvvəlində Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcəyi də gözlənilir.

Qeyd edək ki, fevralın 2-də, Stalinqrad döyüşündə qələbənin 80-ci ildönümü günündə Volqoqradda hərbi parad, Mamayev Kurqan haqqında videoinstalyasiya, konsert və atəşfəşanlıq keçiriləcək.

Diaspora