Kütləvi nümayişlərə çağırış edildi
İranın sünni məzhəbli etnik bəluçların kompakt yaşadığı Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində tanınmış ağsaqqallardan olan Hacı Xudarəhim Mənduzehi hökumət məmurları tərəfindən öldürülüb.Bəluç fəalların verdiyi məlumata görə, yanvarın 27-i gecə saatlarında mülki geyimli təhlükəsizlik məmurları tərəfindən güllələnib.
Böyükmillet.com saytının verdiyi məlumata görə bu hadisə etnik bəliçlar arasında geniş əks-səda doğurub və Tehran rejiminə qarşı kütləvi aksiyalara çağırışlar edilib.
Qeyd edək ki, bundan öncə noyabrın 24-də Sistan və Bəluçistanda Amanullah Baczehi adlı ağsaqqalın öldürülməsindən sonra geniş etiraz nümayişləri keçirilmişdi