Güneydə Azərbaycanla həmrəyliyə çağırış

Güneydə Azərbaycanla həmrəyliyə çağırış backend

Orxan Əsgərovun xatirəsi yad edilsin

Güney Azərbaycandan olan milli-mədəni fəallar Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücumla bağlı həmrəylik çağırışı ediblər.

Axar.az xəbər verir ki, çağırışda yanvarın 29-u yerli vaxtla saat 17:00-da Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki konsulluğu qarşısına toplaşaraq çələnglər qoyub, şam yandırmaq təklif edilib.

"Bu vasitə ilə Azərbaycan Respublikası və Arazın quzeyində yaşayan soydaşlarımızla həmrəy olduğumuzu bildirib, Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zamanı həyatını itirən soydaşımızın xatirəsini anacağıq", - çağırışda qeyd olunub.

Diaspora