Türkmənistan XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

Türkmənistan XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib backend

Türkmənistan Xarici İşlər Nazirliyi yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Trend xəbər verir ki, bu barədə şənbə günü Türkmənistan XİN-in açıqlamasında deyilir.

"Türkmənistan diplomatik nümayəndəliklərə hücumların və diplomatik idarələrin əməkdaşlarına qarşı hər hansı zorakılığın yolverilməz olduğunu bəyan edir.

Türkmənistan Xarici İşlər Nazirliyi hücum nəticəsində həlak olan şəxsin yaxınlarına və qohumlarına dərin hüznlə başsağlığı verir, həmçinin xəsarət almış səfirlik əməkdaşlarına tezliklə şəfa diləyir", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

 

Diaspora