“Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu lənətləyirəm”.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay özünün “Twitter” hesabında yazıb.
“Hücum zamanı şəhid olan mühafizəçiyə Allahdan rəhmət, ailəsinə və Azərbaycan xalqına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirəm”.
O bildirib ki, Türkiyə hər zaman Azərbaycanla bir yerdədir.