Ukraynaya silah satışına ilk etirazlardan biri Gürcüstandan oldu. Qaziler.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze "Ukraynaya hər hansı silah tədarükü hərbi münaqişədə birbaşa iştirak deməkdir ki, biz buna yol verə bilmərik" deyib. O, bunu Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebinisə cavabında deyib. Həmçinin əlavə edib ki, 2-ci cəbhə ilə bağlı çağırışlar dayanmır. Bunu bəzən birbaşa, bəzən isə dolayı yollarla edirlər. Təbii ki, Ukraynanı istənilən silahla təmin etmək hərbi münaqişədə birbaşa iştirak deməkdir, biz buna yol verə bilmərik.
Ukraynadan hələki bu bəyanata reaksiya verilməyibdir.