Artıq danışıqların başlandığı deyilir
Nəhayət, uzun fasilədən sonra Rusiya ilə Gürcüstan arasında təyyarələrin uçuşu reallaşa bilər. Belə ki, "Uçuşların məhdudlaşdırılması ilə bağlı qərarı Rusiya verib, Gürcüstan onlar tərəfindən sanksiyaya məruz qalıb və bu qərar ləğv edilərsə, bunun nə qəbahəti var?", - deyən “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze uçuşların bərpası ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən daha bir şad xəbəri səsləndirib.
Kaladze Ukraynalıların Gürcüstandakı təhlükəsizlik məsələsinə toxunub: “Son aylarda çox sayda Rusiya vətəndaşlarının Gürcüstana daxil olmasına baxmayaraq, Ukrayna vətəndaşlarından ölkədə özlərini necə təhlükəsiz hiss edib-etmədiklərini, Gürcüstanda yaşamağı nə qədər xoşladıqlarını soruşmaq çox asandır. Düşünürəm ki, onların heç bir problemi yoxdur, çox rahatdırlar, bilirlər ki, biz qonaqpərvər xalqıq, dostluğu bilirik, qalanı isə siyasi spekulyasiyadır”.
Statistika da təsdiqləyir ki, indiyədək Gürcüstanda bahalı mülklər alan minlərlə rusiyalı var. Bu hal Gürcüstanda daşınmaz əmlakların qiymətində bahalaşma yaradıb.
QAZİLER.AZ