"Ermənilərin Qarabağda qalması Azərbaycanın suverenliyinə təhlükədir" - Politoloq

"Ermənilərin Qarabağda qalması Azərbaycanın suverenliyinə təhlükədir" - Politoloq backend

"Bizim hüququmuz var ki, Qarabağdaki ermənilərin çıxıb getməsi üçün istənilən təzyiq edək".

Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

"Ermənistan azərbaycanlıları öz torpaqlarında etnik təmizləməyə məruz qoyubsa, bizim öz ərazimizdə niyə cinayətkar erminələr qalmalıdır?!

Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazisində etnik təmizləmə və vandalizm siyasəti apardı. Heç bir beynəlxalq təşkilat və dövlət Ermənistanı etnik təmizləmədə, işğalda və vandalizm siyasətində cəzalandırmadi. Təkcə, Türkiyədən başqa.

Azərbaycan işğal olunmuş əraziləri azad edərək məhz etnik ermənilərin yaşadığı əraziyə ciddi şəkildə daxil olmadı. Etnik təmizləmə aparmadı. Halbuki Azərbaycan Qarabağda ermənilərin tam çıxarılmasında haqlı və hüquqa sahibdir. Çünki ermənilərin Qarabağda qalması Azərbaycan xalqının təhlükəsizliziyinə və dövlətin suverenliyinə təhlükədir.

Bizim hüququmuz var ki, Qarabağdaki ermənilərin çıxıb getməsi üçün istənilən təzyiq edək. Ona görə də Qarabağda etnik erməni qalmamalı və onlar bu ərazidən çıxıb getməlidir. Kim vətəndaş olaraq qalmaq istəyirsə, qanunlara tabe olacaqsa qala bilər. Bütövlükdə bizə ermənisiz Qarabağ lazımdır.

Diaspora