Venesuela prezidenti Türkiyəyə sevgisini açıqladı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelanın “böyük qardaşı” olub. Bunu Latın Amerikası ölkəsinin prezidenti Nikolas Maduro Karakasda Türkiyə nümayəndə heyəti ilə görüşündə deyib.
“Türk xalqı bilməlidir ki, biz Ərdoğanı çox sevirik, çünki o, xeyirxah insandır və böyük ürəklidir. Ərdoğan ən çətin illərdə həmişə Venesuelanı dəstəkləyib. O, ölkəmizə sevgi və şəfqət əlini uzadıb”, - Maduro bildirib.
Ölkə prezidenti Türkiyənin ticarət naziri Mehmet Muşla danışıqların son dərəcə məhsuldar keçdiyini bildirib. Türkiyə nümayəndə heyəti ilə görüş çərçivəsində Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası ilə Venesuelanın Beynəlxalq Sənaye İnvestisiyaları Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.
Xatırladaq ki, bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putini “böyük qardaş” adlandırmışdı.
QAZİLER.AZ