"ABŞ Dövlət Katibi Blinken Azərbaycan prezidenti ilə telefon danışığında Laçın yolundan kommersiya yüklərinin keçməsi üçün açılmasına çağırış edib".
Qaziler.az xəbər verir ki, siyasi şərhçi Nazim Cəfərsoy paylaşımında sözügedən çağırışa belə bir cavab verib:
Azərbaycan Laçın yolundan beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq kommersiya yüklərinin keçirilməsinə həmişə hazır olub və digər sərhədlərimizdə olduğu kimi Ermənistan sərhədində də hazırdır. Bu çərçivədə Azərbaycan qanunvericiliyinə uyğun şərtlərdə və 36 faiz gömrük vergisi ilə gətirə bilən gətirsin! Ancaq Azərbaycanın bütün ələqadar rəsmi qurumları Xankəndi daxil olmaqla bütün yerlərdə nəzarət və yoxlama həyata keçirsin!
P.S.: 6 ay sonra ermənilər daha ucuz və keyfiyyətli Azərbaycan malları almaq üçün özləri xahişlər edəcəklər!"
QAZİLER.AZ