"İsveçlə Finlandiya NATO üzvü ola bilməyəcəklər!" - Elxan Şahinoğlu

"İsveçlə Finlandiya NATO üzvü ola bilməyəcəklər!" - Elxan Şahinoğlu backend

"Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün Türkiyənin razılığını ala bilmirlər. Çünki Türkiyənin haqlı tələbi var: “Ölkənizdəki terrorçuları bizə təhvil verin”. Bu tələbin yerinə yetirilməsi bir yana, PKK uzantıları bu iki ölkədə fəallaşıblar, üstəgəl İsveçdə Türkiyə səfirliyi qarşısında Quranın yandırılması Stokholmun NATO-ya üzvlüyünü daha da mürəkkəbləşdirib. Türkiyədə bunun qarşılığında İsveçin bayrağını yandırıblar".

Qaziler.az xəbər verir ki, bu haqda Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu açıqlama verib. O, hazırki vəziyyətdə İsveçlə Finlandiyanın iki ümidinin qaldığını bildirib:

"Birinci ümidləri onadır ki, Vaşiqnton Ankaraya təzyiqi artırıb bu iki ölkənin Şimali Atlantika Blokuna üzvlüyünü sürətləndirsin. Misal üçün yayılan xəbərlərə görə, ABŞ Türkiyəyə satacağı F-16 hərbi təyyarələri əvəzinə Ankarının İsveç və Finlandiyanın NATO üzvlüyünə razılığını almaqdır. Ancaq Vaşinqton bu xəbərləri təsdiqləməyib. Helsinki və Stokholmun ikinci ümidi mayda Türkiyədə keçirilən prezident seçkisində Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğana məğlub olmasınadır. Hesab edirlər ki, Ərdoğanın yerinə fərqli siyasətçi Cumhurbaşqanı olarsa NATO-ya üzvlük məsələsi həll olunacaq. Bu hesabların nə dərəcədə özünü doğruldacağını seçkidən sonra biləcəyik. Hər halda seçkiyə qədər Ankaranın mövqeyi dəyişməyəcək və İsveçlə Finlandiya NATO üzvü ola bilməyəcəklər".

QAZİLER.AZ

Diaspora