Avropa İttifaqının Ermənistana mülki müşahidə missiyasını göndərməsi Brüsselin vasitəçiliyinə kölgə salmış oldu.
Qaziler.az bildirir ki, politoloq Məhəmməd Əsədullazadə bu fikirdədir.
Politoloq məsələ ilə bağlı bunları deyib: "Baş nazir N. Paşinyan bununla Ermənistanın təhlükəsizliyinin zəmanəti Rusiya deyil, Avropa İttifaqı olduğunu Moskvaya mesaj verir. Brüssel bununla Cənubi Qafqazda geosiyasi mövqelərini möhkəmləndirməklə, Paşinyana Moskvanın Ermənistandan çıxarılmasına dəstək verəcək.
Amma, baş verənlər Ermənistan rəhbərliyinin Azərbaycanla sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlardan yayınmağa və regionda sülhün əldə edilməsinə mane olacağı gözlənilir. Avropa İttifaqının Ermənistana mülki missiyası həm də bu ölkəni Azərbaycandan " qorumaqdır".
Avropa İttifaqının bu siyasətinin arxasında Fransa durur və baş verənlər Ermənistanın öz əleyhinə işləyir. Azərbaycana qarşı mövqe ortaya qoymaq Ermənistan üçün uduşlu olmayacaq. Azərbaycana qarşı siyasət ortaya qoymaqla daha da əlverişsiz durumla üzləşəcək. Azərbaycan mövqeyindən geri çəkilməyəcək".
QAZİLER.AZ