"BBC Hard talk" verilişi Ruben Vardanyandan müsahibə alıb. Hər nə qədər bu verlişdə bəzi Azərbaycan tezisləri istifadə edilsə də, bu cür yayımlar özü başlı-başına Vardanyanın legitimləşdirməsinə xidmət edir.
1) BBC bir dövlət quruluşudur. Qanuni baxımdan təxminən AzTV və ya İctimai TV kimidir. Ən böyük vergi ödəyicilərindən biri Azərbaycan neftinin və qazının əsas operatorlarından BP-nin olduğu, Ukraynada işğala qarşı Rusiya ilə faktiki müharibə aparan Birləşmiş Krallıq niyə rus imperial dairələrinin Qafqazdakı emisarlarindan olan Vardanyanın təbliğatı ilə məşğul olur?!
2) Sizcə bu günlərdə Denis Puşilin(Donbas), Leonid Paseçnik (Luhansk), Sergey Şamba (Abxaziya), Alan Qoqlayev (Cənubi Osetiya), Vadim Krasnoselsk i (Dnesteryani) kimilərindən müsahibə alardılar?
Bu arada Azərbaycanın strateji komunikasyadakı uğursuzluğu son dövrlərdə əməlli başlı görünür.
Siyasi şərhçi Nazim Cəfərsoy
QAZİLER.AZ