Yaxın həftələrdə Ukraynada həlledici döyüş olacaq - ŞƏRH

Yaxın həftələrdə Ukraynada həlledici döyüş olacaq - ŞƏRH backend

"Avropa İttifaqının rəhbəri Şarl Mişel bildirib ki, yaxın həftələr Ukrayna savaşında həlledici olacaq. Mişel haqlıdır. Rusiya genişmiqyaslı hücuma hazırlaşır".

Qaziler.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, əgər Qərb ölkələri vəd etdikləri hərbi texnikanı Ukraynaya çatdırmaqda gecikərlərsə, işğalçılar irəliləyə bilərlər:

"Əksinə, hərbi texnika və sursat Kiyevə yaxın günlərdə çatdırılarsa, Ukrayna ordusunun müqavimət gücü artacaq. Ancaq Fransa və Almaniyanın timsalında hərbi texnikanın Ukraynaya yaxın günlərdə çatdırılacağı şübhə doğurur. Fransa daha çox Afrikadakı keçmiş müstəmləkəsi olan Burkino-Faso haqqında düşünür ki, bu ölkədəki hərbi varlığını davam etdirsin. Çünki Afrika ölkələrindən sovurmağa mənbələr çoxdur, Ukraynaya isə yardım əli uzadılmalıdır. Fransa isə “alan” ələ öyrəşib".

QAZİLER.AZ

Diaspora