“Ağrıları hələ də ürəyimizi yandıran qəhrəmanlarımızın ruhu şad olsun, əziz Azərbaycanımız daim var olsun”.
“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay tviterdə yazıb.
“33 il öncə qardaşımız Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərimizi yad edirəm”, - o bildirib.