Avropa Parlamentinin Azərbayanla bağlı qərəzli qətnaməsi ilk növbədə Ermənistan Azərbaycan arasında böhrana xidmət edir.
Qaziler.az bildirir ki, bunu, politoloq Məhəmməd Əsədullazadə deyib.
Məsələ ilə bağlı politoloq bunları bildirib:
"Bu, hər hansı bir sülh təşəbbüsünə dəstək verilməsi deyil. Azərbaycan əleyhinə qəbul edilən bu qətnamə Azərbaycanı öz prinsiplərindən geri çəkilməyə məcbur edə bilməz.
Ermənistan parlament sədri özü Laçın dəhlizinə Ermənistanın qarışmadığını qeyd edib. Avropa Parlamentinin bu qətnaməsi tipik erməni lobbisinin sifarişi ilə qəbul edilib və Azərbaycana qarşı bir mərkəz halına gəlib. Azərbaycan Avropa Parlamenti ilə əlaqələrə yenidən baxmalı və əməkdaşlığı nəzərdən keçirməlidir.
Ermənistan diplomatiyası və lobbisi Azərbaycan əlehinə Laçın dəhlizi ilə bağlı informasiya müharibəsində bizdən qabağa keçiblər. Ölkəmizə qarşı bəyanatlar səsləndirilir. Halbuki, Laçın dəhlizi humanitar məqsədlər üçün açıqıdır. Azərbaycanın xaricdə diaspor və diplomatiyası bu işdə hələki zəiflik göstərir".
QAZİLER.AZ