Putin Tokayevlə enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Putin Tokayevlə enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib backend

Rusiya və Qazaxıstan prezidentləri telefonla danışıblar

 

 

Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev telefon danışığı zamanı enerji sahəsində əməkdaşlıq, eləcə də Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafı məsələlərini müzakirə ediblər. Bu barədə yanvarın 20-də Kremldə məlumat verilib.

Qeyd olunduğu kimi, Rusiya və Qazaxıstan prezidentləri “Rusiya-Qazaxıstan strateji tərəfdaşlığı və müttəfiqliyinin inkişafının aktual mövzularını müzakirə ediblər. Xüsusilə, enerji sahəsində gələcək əməkdaşlıq məsələlərinə toxunulub”.

Xatırladaq ki, bu il yanvarın 3-də telefon danışığı zamanı Putin və Tokayev bir-birini Yeni il münasibəti ilə təbrik edib, həmçinin, xüsusilə yanacaq-energetika kompleksi (YEK) sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. Dövlət başçılarının hökumətlər və ixtisaslaşmış strukturlar arasında koordinasiya haqqında razılığa gəldiyi bildirilib.

QAZİLER.AZ

Diaspora