Çavuşoğlu Paşinyana səsləndi

Çavuşoğlu Paşinyana səsləndi backend

"Paşinyanın səmimiliyini sözdə yox, əməldə görmək istəyirik"

Türkiyə Azərbaycan, Qazaxıstan və Gürcüstanla Qərb-Şərq Orta Dəhliz məsələsində üçlü və dördlü mexanizmlər qurub. 24News.ge “Anadolu”ya istinadən xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, Ermənistan məsələdə ciddi olsa, barış yolunda səmimi addımlar atar: “Ümid edirəm ki, Ermənistan da bu prosesə qatılar. Yəni barış yolunda səmimi addımlar atar. Son zamanlarda müzakirələrə yönəlik təəssüf ki, geri addımlar gördük. ABŞ dövlət katibi Blinken Paşinyanın səmimi olduğunu söylədi, amma biz bunu sözdə yox, əməldə görmək istəyirik”, - deyə Çavuşoğlu vurğulayıb.

Diaspora