Rusiya ilə Gürcüstan uçuşlarını tezliklə bərpa edəcək?

Rusiya ilə Gürcüstan uçuşlarını tezliklə bərpa edəcək? backend

Gürsüstanlılar buna necə reaksiya verəcək?

“Rusiya Gürcüstan ilə birbaşa hava reyslərinin tezliklə bərpa olunacağına ümid edir”. 

Qaziler.az 24News.ge-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran nazir deyib: “Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayan Gürcüstanın mövqeyi hörmətə layiqdir. Ümid edirəm ki, tezliklə birbaşa uçuşları bərpa edə biləcəyik. Mən şadam ki, insanlarımızla Gürcüstan arasında əlaqələr fəal şəkildə inkişaf edir. Ötən il Gürcüstanın ÜDM-i 10 faiz artıb ki, bu da, əsasən turizm və Rusiya Federasiyası ilə münasibətlər hesabına baş verib”.

Gürcüstan rəsmiləri isə hələki bu məlumata reaksiya verməyib.

QAZİLER.AZ

Diaspora