Rusiya kəşfiyyatının yüksək səviyyəli rəsmisi Sergey Narışkin bildirib ki, Rusiya-Ukrayna müharibəsində əsas günahkar Kiyevin Qərb “ağaları”dır..
Qaziler.az xəbər verir ki, Sergey Narışkin TASS–a verdiyi müsahibəsində bildirib ki, ABŞ və müttəfiqlərinin qadağası səbəbindən Kiyev Moskva ilə sülh danışıqlarına girə bilməyəcək.
Rusiya və Ukrayna arasında martın sonunda İstanbulda keçirilən danışıqlarda bəzi əsas razılaşmaların əldə olunduğu gündəmə gətirilib.
Narışkin danışıqlarla bağlı bunları deyib: "Ancaq Vaşinqton və London Kiyevdəki tərəfdaşlarına dedilər ki, xeyr, sülh danışıqları olmaz, sülh yoxdur. Sizə milyardlarla dollar ödəmişik, sərmayə qoymuşuq. Pul və silah verməyə davam edəcəyik. Sənin işin isə sadədir. Get döyüş!”
Açıqlamada qeyd olunub ki, Ukrayna hökuməti daha sonra İngiltərənin o zamankı baş naziri Boris Consonun Kiyev səfərindən qısa müddət sonra baş verən ani əhval dəyişikliyi ilə İstanbulda verdiyi bütün vədlərdən tez bir zamanda geri çəkilib.
O vaxtdan bəri Rusiya və Ukrayna danışıqlar masası arxasında oturmadı. Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşünü rəsmən qadağan edən fərmanı belə imzalayıb.
QAZİLER.AZ